“Lion”un sabiq hücumçusu Aleksandr Lyakazett karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, “Neom” klubuna keçmək üzrədir.
34 yaşlı futbolçu artıq yeni klubu ilə müqavilənin şərtlərini razılaşdırıb. O, yeni komandasına azad agent kimi keçəcək.
“Lion”un yetirməsi olan Lyakazettt 2017-ci ildə “Arsenal”a keçsə də, 2022-ci ildə yenidən Fransa klubuna qayıdıb.