AZ

"AZMİU milli kadr potensialının formalaşmasında mühüm rol oynayıb" - Gülçöhrə Məmmədova

“Universitetimizin 50 illik yubileyi ilə üst-üstə düşən bu məzun mərasimi bizim üçün simvolik və strateji əhəmiyyət daşıyır".

Bunu "Unikal"a açıqlamasında  Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova deyib.

"AzMİU ötən yarım əsrdə yalnız bir ali təhsil müəssisəsi kimi deyil, eyni zamanda memarlıq və inşaat sahəsində milli kadr potensialının formalaşmasında, elmi-tədqiqat işlərinin aparılmasında, beynəlxalq əməkdaşlıqların qurulmasında mühüm rol oynayıb. Bugünkü göstəricilər – çoxpilləli təhsil modeli, beynəlxalq proqramlar, əcnəbi tələbələrin artan marağı və məzunlarımızın peşəkar uğurları universitetin sabaha olan inamını daha da möhkəmləndirir. 50 illik təcrübəmizə əsaslanaraq gələcək dövrdə də keyfiyyətli təhsil, innovativ yanaşma və davamlı inkişaf istiqamətində irəliləməyə davam edəcəyik", - deyə G.Məmmədova qeyd edib. 

Seçilən
4
1
unikal.az

4Mənbələr