AZ

Rusiyada azərbaycanlı iş adamı saxlanıldı - VİDEO

Voronejdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları regionun ən böyük Alekseyevski bazarının şərikli sahibi Yusif Xəlilovu saxlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. 

İnternetdə xüsusi təyinatlıların Xəlilovun malikanəsinə basqın edərək onu üzüstə yerə yıxdığı görüntülər yayılıb.

Xəlilovun Voronej vilayətindəki Azərbaycan diasporunun əməkdaşı olduğu bildirilir.

Hələlik başqa təfərrüatlar və ya rəsmi şərh yoxdur.

Seçilən
11
unikal.az

1Mənbələr