ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bakıda doğulan əkiz körpələrin həyatı xilas edilib.
BAKU.WS xəbər verir ki, əkizlər Respublika Pediatriya Mərkəzi nəzdində Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların Reanimasiyası şöbəsinə ağır vəziyyətdə qəbul olunub. Körpələr xəstəxanaya gətirilərkən vəziyyətləri həddindən artıq kritik olub.
Belə ki, 33 həftəlik hamiləlikdə dünyaya gəlmiş əkizlər – oğlan (2200 q) və qız (1800 q) körpələrə yenid
oğulmuşun tənəffüs pozğunluğu sindromu və vaxtından əvvəl doğulmanın digər halları diaqnozları qoyulub
Oğlan körpə intubasiya olunmuş halda gətirilmiş, SVA süni tənəffüs dəstəyi ilə ventilyasiya olunurdu.
Qız körpə isə SVA–NIPP rejimində ventilyasiya dəstəyi alırdı.
Həkimlərin nəzarəti və tibbi müdaxilələr nəticəsində hər iki körpənin vəziyyəti stabilləşib. Müsbət dinamika müşahidə olunaraq Yenidoğulmuşların Patologiyası şöbəsinə köçürülüb.
Ziya SƏCCAD
Qalereya
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.