AZ

“Toy olsun” verilişi haqqında etirafı ilə gündəmə gələn Ülvira Qarayeva QƏZƏBLƏNDİ

Teleaparıcı Ülvira Qarayeva vaxtilə aparıcısı olduğu “Toy olsun” proqramı ilə bağlı etdiyi etirafla gündəmə gəlib. O, müsahibəsində deyir ki, verilişdə izləyicini ekranda saxlamaq üçün süni elementlərə yer verilirdi:

"Bu cür verilişlərin sirri var, serial kimidir. Bütün hadisələri bir anda göstərmək olardı, amma məqsəd izləyicini mərhələli şəkildə ekranda saxlamaq idi".

Maraqlıdır, söhbət hansı süni elementlərdən gedir? Belə çıxır ki, verilişə toyu olması üçün saxta namizədlər də gətirilirdi?
 

Bu suallarla elə Ülvira Qarayevanın özünə müraciət etdik. Etirafının gündəm doğurması və uzun illər boyunca apardığı digər verilişlərə baxmayaraq yaddaşlarda hələ də “Toy olsun” verilişi ilə qalması görünür, Ü. Qarayevanı qıcıqlandırıb ki, Bizim.Media-nın suallarından qəzəblənib:


“O boyda müsahibədən bir tək “Toy olsun”la bağlı etiraf yadınızda qaldı? On beş il qabaq aparmışam o verilişi. Mənə maraqlı deyil artıq. Min dənə veriliş aparmışam ondan sonra!”,- deyə  aparıcı konkret suallarımızdan yayınıb.

Qarayevanın vaxtilə “Toy olsun” verilişində tərəfdaşı olmuş tanınmış teleaparıcı Elgiz Əkbər isə bildirib ki, bu, tamaşaçıda maraq yaratmaq üçün idi:

“Məsələn iştirakçı hə-yox cavabını bu gün bildirə bilərdi, biz onu sabaha saxlamışıq ki, maraqlı olsun, tamaşaçıda həyəcan yaratsın. Bu cür verilişlər əyləncə xarakterlidir. Əyləncə verilişində şou da olmalıdır. Bilirsiniz, televiziya verilişlərinin hamısında hardasa şou elementləri var. Amma onun da qədəri var. İndi kim bunu həddən artıq edirsə, mən ona qarışa bilmərəm”.

Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr