ABŞ Prezidenti Donald Tramp miqrantlara yeni “Alliqator Alkatras” adlı qeyri-qanuni miqrantların saxlanma mərkəzindən qaçmaq istəyəcəkləri halda yırtıcılardan necə xilas ola biləcəkləri ilə bağlı məsləhət verib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Daily Mail yayıb.
Ağ Evin rəhbəri bildirib ki, qaçmaq istəyən miqrantlar dişli yırtıcılardan yayınmaq üçün əyri trayektoriya üzrə qaçmalıdırlar. Jurnalistlərlə söhbət zamanı Tramp bu dolama xətti jestlə də göstərib.
“Belə etsəniz, şanslarınız təxminən 1% artır, başa düşdünüz? Elə də böyük ehtimal deyil,” – deyə ABŞ Prezidenti əlavə edib.