Pakistanın Bəlucistan vilayətində onlarla silahlı şəxs polis mərkəzi və banklara hücum edib.
Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticədə 1 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.
Silahlı şəxslər iki bankı yandırıb. Polislə qarşıdurmada bir neçə terrorçu zərərsizləşdirilib.
Hazırda digər cinayətkarların tutulması istiqamətində tədbirlər görünür.
Hadisə ilə bağlı məsuliyyəti hələlik heç bir terror qruplaşması öz üzərinə götürməyib.