AZ

“Sabah”ın rəqibi Çindən oyunçu gətirdi

“Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Çelye” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Sloveniya təmsilçisi yarımmüdafiəçi Andrey Kotniki transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kotnik son olaraq Çinin “Dalian Siti” klubunda forma geyinib.

“Sabah” “Çelye” ilə ilk oyunu iyulun 10-da Bakıda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Sloveniyada olacaq.

Seçilən
21
futbolpress.az

1Mənbələr