AZ

Atam şahid qismində saxlanılıb, məni azad etdilər

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Yekaterinburqda Azərbaycan diasporunun lideri Şahin Şıxslinski hazırda ifadə verir.

AzPost bildirir ki, bu barədə onun oğlu Mütvəli Şıxlinski “Ehtiyatlı ol, Xəbər” teleqram kanalına müsahibəsində deyib.

Mütvəli Şıxlinski saxlandıqda sonra sərbəst buarxılıb.

O deyib ki, atası Şahin Şıxlinski şahid qismində saxlanılıb.

Mütvala Şıxlinski bildirib ki, o, avtomobilini “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlamağa hazırlaşarkən qəfildən təhlükəsizlik qüvvələrinə məxsus maşınlar yaxınlıqda dayanıb. Onlar şüşələri sındırıb, silahlarını çıxararaq maşındakıları saxlayıblar.

Tezliklə Mutvəli özü sərbəst buraxılıb, atası isə Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb.

Onun sözlərinə görə, həbsi FTX əməkdaşları həyata keçirib. Şahin Şıxlinskinin bədənində cırıq köynək və qan izləri olub. Şıxlinskinin şahid qismində qalacağı və hazırda dindirildiyi bildirilir.

Ailə onunla əlaqə saxlaya bilib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
1
azpost.info

2Mənbələr