Rosatom Dövlət Korporasiyası Türkiyədə Akkuyu AES layihəsində 49% payın satışı ilə bağlı danışıqlar apardığını təsdiqləyib...
Poliqon xəbər verir ki, şirkətdən TASS-a verilən məlumata görə, belə bir sövdələşmənin mümkünlüyü Rusiya və Türkiyə arasında 2010-cu ildə imzalanmış hökumətlərarası sazişdə nəzərdə tutulub.
"Biz bir sıra tərəfdaşlarla, o cümlədən türk şirkətləri ilə potensial iştirak məsələsini müzakirə edirik. Eyni zamanda, hökumətlərarası sazişdə nəzərdə tutulduğu kimi, investorun seçimi Türkiyə tərəfinin məcburi razılığını tələb edir", Rosatom vurğulayıb.
Poliqon.info