"Beşiktaş" növbəti transferini həyata keçirib.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Roma"nın hücumçusu Temmi Abrahamla ixarə mqaviləsi imzalanıb.
İngiltərə millisinin sabiq üzvü 2026-cı ilin iyununa qədər "qara qartal"da çıxış edəcək. Onun müqaviləsində satınalma bəndi də var.
Qeyd edək ki, ötən mövsüm icarə əsasında"Milan"da keçirən Temmi Abraham 44 oyunda 10 qol vurub.