AZ

KİV: Pentaqon Ukraynaya zenit raketlərinin tədarükünü dayandırdı

BAKI, 2 iyul. TELEQRAF

Pentaqon Ukraynaya bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli döyüş sursatlarının tədarükünü dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.

"Qərar Pentaqonun siyasi şöbəsinin rəhbəri Elbric Kolbinin təşəbbüsü ilə Müdafiə Nazirliyinin sursat ehtiyatlarının yenidən nəzərdən keçirilməsindən sonra qəbul edilib ki, bu da artilleriya mərmilərinin, hava hücumundan müdafiə raketlərinin və yüksək dəqiqlikli silahların ümumi sayının azalması ilə bağlı narahatlıq yaradıb", - nəşr yazır.

Nəşrin müsahiblərinin sözlərinə görə, Bayden administrasiyası dövründə vəd edilmiş yardımın bir hissəsinin dayandırılması barədə ilkin qərar hələ iyunun əvvəlində qəbul edilmişdi. Lakin bu qərar yalnız indi - "Ukrayna Kiyev və digər şəhərlərdə mülki obyektlərə qarşı Rusiyanın ən böyük raket və dron hücumlarından birini dəf etdiyi bir vaxtda" qüvvəyə minir.

Pentaqon və Ağ Ev məsələni şərh etmək istəməyib.

Seçilən
47
teleqraf.com

1Mənbələr