AZ

Ukrayna onları “qara siyahı”ya saldı

“Sputnik Azərbaycan” İnformasiya Agentliyinin ofisində polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun adı Ukraynanın “Mirotvorets” saytının bazasına daxil edilib. 

“Qafqazinfo” xəbər verir ki, Ukrayna onları “qara siyahı”ya müharibə barədə təbliğat apardıqları üçün bu daxil edib.

Qeyd edək ki, hər iki şəxs barəsində Xətai rayon Məhkməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurlar.

Seçilən
35
5
qafqazinfo.az

10Mənbələr