AZ

Reper Bastanın Azərbaycanda konserti ləğv edilib

Reper

Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdko rus sənətkarları olmadan respublikanın mədəni mühitinin yoxsullaşması ilə bağlı bəyanatına görə sürprizlə üzləşib.

Reyting.az
xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı açıqlama yayıb.

Azərbaycan XİN qeyd edib ki, Moskva və Bakı arasında ikitərəfli münasibətlərdəki böhran fonunda Rusiyanın iştirakı ilə keçirilən mədəni-kütləvi tədbirlərin ləğvi barədə qərar “adekvat addımdır”.

Nazirlik xatırladıb ki, M. Şvıdko özü Bakıya səfərində respublikanın “yüksək mədəni səviyyəsinə heyran olduğunu” ifadə edib. “Onun sözlərinə istinad etsək, reper Basta kimi ifaçıların konsert proqramlarının ölkəmizin mədəniyyət palitrasını zənginləşdirdiyinə inanmırıq. Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir. Azərbaycan haqlı olaraq, özünün unikal tarixi və maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə fəxr edir”,-XİN-nin açıqlamasında bildirilir.

Qeyd edək ki, Azərbaycan Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən “zorakılıq aksiyaları”na görə bir sıra mədəni tədbirləri ləğv edib. Reper Baştanın avqusta planlaşdırılan konserti də o cümlədən.

V. QULİYEV
Seçilən
11
1
reyting.az

2Mənbələr