AZ

Qəzzada yardım gözləyənlər yenə atəşə tutulub - 11 nəfər ölüb

İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində yardım gözləyən dinc sakinləri yenə atəşə tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticəsə daha 11 fələstinli həyatını itirib, 84 nəfər isə yaralanıb.

Yerli Səhiyyə İdarəsindən bildirilib ki, hadisə Qəzza şəhərinin cənubundakı Netzarim dəhlizi yaxınlığında baş verib: "Aclıqla mübarizə aparan və kömək gözləyən fələstinlilərə hücum olunub. Onlardan 11-i ölüb, 84-ü isə yaralanıb. Yaralıların bəzilərinin vəziyyəti ağırdır".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
71
50
mia.az

10Mənbələr