AZ

Qazaxıstan xarici şirkətləri qaz yataqlarından kənarlaşdırır

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstan hakimiyyəti “Eni” və “Shell” neft-qaz şirkətlərindən Karaçaqanak yatağında qaz emalı layihəsindəki paylarını dövlət şirkətinə satmağı tələb edib.

Gununsesi.info xəbər verir ki, yatağın işlənmə prosesindən narazı olan hökumət adı çəkilən şirkətlərdən müqavilə hüquqlarını mümkün qədər tez “KazMunaiGas” neft-qaz holdinq şirkətinə verməyi tələb edib.

Qeyd olunur ki, xarici səhmdarların layihənin hazırlanması ilə bağlı xərclərinin ümumi məbləği 60 milyon dollara yaxındır. Qazaxıstan bu xərclərin kompensasiyası və layihə üzərində nəzarətin ötürülməsi üçün ətraflı şərtlərlə bağlı Qərb şirkətləri ilə danışıqlar aparmalı olacaq.

2023-cü ildə respublika hökuməti xarici neft şirkətlərinin, o cümlədən Amerikanın “ExxonMobil” və Britaniyanın “Shell” şirkətlərinin rəhbərliyini Kaşaqan və Qaraçaqanak neft-qaz yataqlarının işlənməsi zamanı ümumi məbləği 16,5 milyard ABŞ dolları məbləğində xərclərin icazəsiz tutulmasında ittiham edib.

Qazaxıstan hakimiyyəti bu iki iki yatağın operatorlarına qarşı 16,5 milyard dollarlıq iddia qaldırmışdı.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
50
icma.az

10Mənbələr