AZ

Klublararası dünya çempionatının 1/4 finalçıları bəlli olub

ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatının 1/4 final mərhələsinin sonuncu iştirakçısının da adına aydınlıq gəlib.

Modern.az xəbər verir ki, 1/8 finalın son oyunlarında İspaniya nəhəngi “Real Madrid” İtaliyanın “Yuventus” komandası ilə qarşılaşıb. Görüş “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Dortmund “Borussiya”sı isə “Monterrey”lə (Meksika) qarşılaşıb. Oyun almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Beləliklə, bu matçdan sonra 1/4 finalda bütün cütlüklər müəyyənləşib.
 

1/4 final mərhələsinin cütlükləri və təqvimi 
 

(Oyunların başlama saat Bakı vaxtı ilə göstərilib)

4 iyul

23:00. “Palmeyras” (Braziliya) — “Çelsi” (İngiltərə)

5 iyul

05:00. “Fluminense” (Braziliya) — “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)

20:00 — PSJ (Fransa) — “Bavariya” (Almaniya)

6 iyul

00:00. “Real Madrid” (İspaniya) — “Borussiya Dortmund” (Almaniya)

Seçilən
14
2
modern.az

3Mənbələr