AZ

Paytaxtın bu yollarında tıxac var - SİYAHI

"Xiaomi"nin ikinci elektrik mühərrikli avtomobili olan "YU7" krossoveri Çində inanılmaz ajiotaja səbəb olub.

Avtosfer.az bu barədə RBK-ya istinadla xəbər verir.

Bildirilir ki, sözügedən krossover konveyerdən hələ çıxmamış bir il yarım əvvəldən demək olar dərhal satılıb.

"Xiaomi" "YU7"nin satışlarına başlanılması haqqında iyunun 26-da elan edib. Cəmi üç dəqiqə ərzində avtomobilin alınması üçün onlayn-sifarişlərin sayı 200 mini ötüb.

72 saatdan sonra bu rəqəmin 316 minə çatdığı bildirilir. Bununla da "YU7"nin bütün potensial tirajı düz 2027-ci ilin əvvəlinə qədər satılıb qurtarılıb.

Bu səbəbdən bir çox alıcı öz avtomobilini 56 həftə gözləməli olacaq.

 

 

Seçilən
28
avtosfer.az

1Mənbələr