AZ

Dövlət komitəsinin sədri: Azərbaycan ECO müstəvisində də qadınların dayanıqlı inkişafı üçün əməkdaşlığın tərəfdarıdır

Azərbaycan digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, İƏT müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığın tərəfdarıdır.

"Report"un Laçına ezam olunmuş xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilk dəfə Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumunda deyib.

O qeyd edib ki, İƏT Qadınlar Forumu bu baxımdan mühüm bir mexanizm ola bilər:

" Biz bu çərçivədə qadınların regional iqtisadi layihələrdə iştirakını təşviq edə bilərik. Həmçinin, təhsil və rəqəmsal bacarıqlar üzrə ortaq təşəbbüslər yarada, gənc qadın liderlər üçün yeni platformalar açan bir əməkdaşlıq mərkəzi ola bilərik".

B.Muradova vurğulayıb ki, Qadınlar Forumu 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026–2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya bilər.

Seçilən
5
50
report.az

10Mənbələr