“Azərbaycanda, öz torpaqlarını azad etmiş və suverenliyi bərpa etmiş bir dövlətdə rusdilli məktəblərinin fəaliyyət göstərməsi məntiqli deyil. Nəticə etibarı ilə rus dilli məktəbləri qadağan etmək gündəmə gələ bilər”.
Bu sözləri “Yeni Sabah”a politoloq Fuad Abbasov deyib.
O bildirib ki, 2 ölkə arasında baş verən gərginlik ilk dəfə deyil: Toyuqlu pizza
“Əlbəttə, Rusiya və Azərbaycan arasında gərginlik ilk dəfə deyil. Hazırkı gərginlik də artmaqda davam edir. Dünyada davam edən tendensiya onu göstərir ki, “rus dünyası” öz mövqelərini itirir. Hətta Avropada Rusiyanın dəstəyi ilə fəaliyyət göstərən siyasi partiyalar qadağan olunur.
Azərbaycanda, öz torpaqlarını azad etmiş və suverenliyi bərpa etmiş bir dövlətdə rusdilli məktəblərinin fəaliyyət göstərməsi məntiqli deyil. Nəticə etibarı ilə rus dilli məktəbləri qadağan etmək gündəmə gələ bilər. Amma söhbət akademik təhsil olacaqlarından gedirsə, birbaşa bağlanma düzgün olmaz. Bu həm orada təhsil alanları, həm də orada fəaliyyət göstərən müəllim-professor heyətinə çox ciddi zərər vura bilər”.
Fuad Abbasov qeyd edib ki, Rusiyanın Azərbaycanda “yumşaq güc” siyasəti aparıb-aparmadığı araşdırılmalıdır:
“Universitetlərdə müəllim-professor heyətinin Rusiyanın “5-ci kolonu” rolunu oynayıb-oynamadığını təyin etmək vacibdir. Ali təhsil müəssisələrinin idarəetməsi dəyişdirilməlidir. Amma bütün bunlar hamısı gərginlik fonunda deyil, günün tələbi çərçivəsində aparılmalıdır.
Təhsil müəssisələrinə qədər Rusiyanın “yumşaq güc” siyasətini həyata keçirən çox sayda müəssisə var ki, birinci növbədə onların fəaliyyəti məhdudlaşdırılmalıdır. Eyni zamanda, müxtəlif siyasi çevrələrdə fəaliyyət göstərən Rusiyanın agentləri və “Sputnik” və “Rus Evi”nə oxşar təşkilatların fəaliyyətləri məhdudlaşdırılmalıdır”.
Nazim Hacıyev
Telegram kanalımız