AZ

EBRD-nin Azərbaycan üzrə əməliyyat aktivləri 4%-dən çox artıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) bu il mayın 31-nə Azərbaycandakı aktiv portfelinin həcmi əvvəlki ayla (aprel ayı) müqayisədə 1,3% və ya 13 mln. avro azalaraq 991 mln. avroya enib. İcra edilən aktiv layihələrin sayı isə 34 təşkil edib.

Bu barədə "APA-Economics"ə EBRD-dən bildirilib.

Qeyd olunub ki, portfelin 89%-ni (886 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 5%-ni (50 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 6%-ni (56 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Mayda bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə əvvəlki aya nisbətən 4,1% artaraq 717 mln. avro təşkil edib.

Beləliklə, EBRD bu günədək Azərbaycana 198 layihə çərçivəsində 3,783 mlrd. avro həcmində investisiya yatırıb və bu həcmin 3,339 mlrd. avroluq hissəsi borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyalarda özəl sektorun payı 38%-ə təşkil edib.

Seçilən
16
2
apa.az

3Mənbələr