Ağstafa şəhər Heydər Əliyev adına istirahət parkında təşkil olunan tədbir əsl bayram coşqusu ilə yadda qalıb.
"Unikal" xəbər verir ki, milli musiqi alətlərinin sədaları altında hazılarnanan Məhsul bayramında heyvandarlıq, əkinçilik, arıçılıq və digər kənd təsərrüfatı eyni zamanda yerli şirkətlərin istehsalı olan məhsullarının da sərgi satış yarmarkasda təşkil olunub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək bildirib ki, Ağstafa aqrar rayondur və burda istənilən növ kənd təsərrüfatı məhsulunu yetişdirmək üçün münbit torpaq və iqlim şəraiti vardır. Bütün növ iqtisadi göstəriciləri ildən ilə artan Ağstafada Məhsul bayramını qeyd etmək bütün zəhmətkeşlərin və rayon sakinlərinin ürəyincədir. Yerli fermlərin və aqrar sektor üzrə şirkətlərin təqdim etdiyi 20 dən artıq stenddə məhsullar bazarlara nisbətən alıcılara sərfəli qiymətə təklif olunub.