AZ

Avtomobilin təkəri partladı; Yol polisi sürücüyə belə kömək etdi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda yol polisi əməkdaşlarının nümunəvi davranışı sosial şəbəkələrdə təqdir edilib.

Avtosfer.az xəbər verir ki, paytaxtın Xətai rayonunda hərəkətdə olan sürücünün avtomobilinin təkəri qəfil partlayıb. Sürücü nə edəcəyini bilmədiyi anda əraziyə yol polisi əməkdaşları yaxınlaşaraq ona köməklik göstəriblər.

Nəcəfqulu Rəfiyev küçəsində YPX əməkdaşları təhlükəsizlik tədbirlərini təmin etdikdən sonra sürücüyə təkərin dəyişdirilməsi prosesində dəstək veriblər və avtomobili təhlükəsiz yerə çəkməsinə yardım ediblər.

Bu bir daha göstərdi ki, yol polisi yalnız qayda-qanuna nəzarət etmir, həm də vətəndaşlara çətin anlarında dəstək olur.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
avtosfer.az

1Mənbələr