AZ

Azərbaycan tərəfi heç bir dövlətin, hansısa qurumun daxili işlərinə qarışmaq niyyətində deyil - Baş Prokurorluq rəsm isi

Bakı.Trend:

Azərbaycan tərəfi heç bir dövlətin, hansısa qurumun daxiliişlərinə qarışmaq niyyətində deyil.

Trend xəbərverir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlıların cinayətişi ilə bağlı mətbuat konfransında Baş Prokurorun xüsusitapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

Onun sözlərinə görə, lakin proses zamanı bir və ya bir neçəAzərbaycan vətəndaşına qarşı amansızlıq nümayiş etdirilirsə,onların hüquqları kütləvi şəkildə pozularsa, dövlətimizin buhadisəyə reaksiya verməsi bizim vəzifə borclarımızdan biridir.

O qeyd edib ki, Rusiya tərəfindən ölüm hadisəsini təsdiq edənekspert rəyləri yoxdur:

"İndiki halda bu qeyri-peşəkar yanaşma olardı. Ekspertizanəticəsində çoxsaylı xəsarətlər müəyyən olunub. Buna görə dəAzərbaycan Respublikasında cinayət işi başlanıb və buna kifayətqədər hüquqi əsas var".

Seçilən
22
1
az.trend.az

2Mənbələr