AZ

İyunda 17 nəfəri ilan sancıb

İyunda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müxtəlif zəhərlənmələr səbəbilə ümumilikdə 99 nəfər hospitalizasiya olunub, onlardan 3-ü həyatını itirib. Bu barədə mərkəzdən  məlumat verilib.

Xəstəxanaya yerləşdirilənlərdən 37 nəfər dərmandan, 27 nəfər isə sirkə turşusundan zəhərlənib. Həmçinin 1 nəfər yandırıcı məhlul, 2 nəfər spirtli içki, 5 nəfər isə fosfor üzvü birləşmələrə məruz qalıb.

17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm və 1 nəfər həşərat dişləməsi səbəbilə müalicə alıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən biri qadın, ikisi kişi olmaqla 3 nəfər ölüb.

Ölüm hallarının sirkə turşusu və dərman zəhərlənmələri ilə bağlı olduğu bildirilir.

Gülnar 

Seçilən
7
1
anews.az

2Mənbələr