AZ

Vahid Ələkbərov 1,39 milyard dollar zənginləşib

2025-ci ilin əvvəlindən dünyanın 500 ən varlı adamı siyahısına daxil olan 21 rusiyalı milyarderin sərvəti 24,5 milyard dollar artıb və 316,74 milyard dollar təşkil edib.

Oxuməni.az xəbər verir ki, bu məlumatlar “Bloomberg Billionaires Index”-də yer alır.

Bu, məsələn, Çili, Kolumbiya və ya Pakistanın nominal ÜDM-i ilə müqayisə edilə bilər.

Rusiya milyarderləri reytinqində "Norilsk Nikel"in rəhbəri Vladimir Potanin 31,7 milyard dollar sərvəti ilə liderdir, ilin əvvəlindən 3,83 milyard dollar artım olub. İkinci yeri "LUKOYL"un təsisçisi Vahid Ələkbərov tutur, sərvətini 1,39 milyard dollar artıraraq 26,7 milyard dollara çatdırıb. Üçüncü yerdə "Severstal"ın təsisçisi Aleksey Mordaşovdur, sərvətini 1,48 milyard dollar artıraraq 24,7 milyard dollara çatdırıb.

Almaz Həsənli

Seçilən
20
1
oxumeni.az

2Mənbələr