AZ

“Zəngilan” tankeri ilə indiyədək daşınan yükün həcmi açıqlanıb

Bakı. Trend:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-in sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş“Zəngilan” tankerinin istismara verilməsinin bir ili tamamolur.

ASCO-dan Trend-ə verilən məlumata görə, istismardaolduğu ilk ildə “Zəngilan” tankeri Alaca – Səngəçal marşrutu üzrə39 səfər həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi iləümumilikdə 266 min 654 ton yük daşınıb.

“Zəngilan”-ın uzunluğu 141, eni 16,9, bortunun hündürlüyü 6 metrtəşkil edir. 9212 kubmetr ümumi tutumlu 6 yük çəni, 7875 tondedveyt, 10 knot sürət və beynəlxalq tələblərə uyğun yüksəkstandartlar bu gəmini texniki cəhətdən qabaqcıl nümunəyəçevirir.

“Zəngilan” həm neft, həm də kimyəvi məhsulların daşınması üçünnəzərdə tutulub. Tankerin suya oturumu maksimum yüklə belə Xəzərhövzəsində dayaz limanlara daxil olmağa və Xəzərdənkənar sulardaistismar olunmağa tam imkan verir.

Qeyd edək ki, tanker Prezident İlham Əliyevin iştirakı ilə məhzötən il iyulun 2-də istismara verilmişdi.

Seçilən
29
9
az.trend.az

10Mənbələr