Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının və “Sumqayıt Velosiped İdman Klubu”nun birgə təşkilatçılığı ilə 25 iyun 2025-ci il tarixində “Nəsimi adına Mədəniyyət və İstirahət parkı”nda “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü”nə həsr edilmiş dağ velosipedi üzrə çempionat keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd şəhərdə “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü”nün qeyd edilməsi, sağlam nəqliyyat vasitəsi olan velosipeddən istifadəni stimullaşdırmaq, yeniyetmələr, gənclər və böyüklər arasında dağ velosipedi idman növünün kütləviləşdirilməsi ona marağın artırılması, həmçinin onların sağlam ruhda tərbiyə olunmasının təbliğidir.
Qalib və mükafatçılar diplom, medal, kubok və hədiyyələrlə təltif olunub.