Sistan və Bəlucistan əyalətinin Göniç şəhərində SEPAH-ın keçirdiyi əməliyyat zamanı 12 qadın güllələnib.
Axar.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində Xanbibi Bameri adlı 40 yaşlı qadın ölub, 11 qadın isə yaralanıb.
Rəsmi məlumatda hadisənin SEPAH üzvlərinin bölgədə silahlı qruplaşmaya qarşı əməliyyat keçirdiyi zaman baş verdiyi bildirilib.