AZ

Komitə rəsmisi: Qadınlar şəhərsalma xidmətində yüksək fəaliyyət göstərirlər

LAÇIN, 2 iyul. TELEQRAF

"Qadınlar şəhərlərimizin təhlükəsizliyinə böyük töhfələr verə bilər".

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayeva İƏT həftəsi çərçivəsində Qadınlar Forumunun "Şəhərsalmanın inkişafında qadınların rolu" adlı panel sessiyasında deyib.

O bildirib ki, Azərbaycan digər sektorlarda olduğu kimi, şəhərsalma sahəsində də fəal işlər görür:

"Qadınların fəaliyyəti sözügedən sahədə yüksəkdir. 2040-ci ilə qədər dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq. Buna görə də yeni çağırışlara cavab verməliyik. Sual etməliyik ki, şəhərlə bu çağırışları qarşılaya biləcəkmi? Qadınlar şəhərlərin təşkilində yaxından iştirak edə bilərlər".

G.Rzayeva qeyd edib ki, şəhərdə xidmətlərə çıxış baxımından kişilər və qadınlar arasında fərq olur:

"Qadınların xidmətlərə çıxışı bizim və beynəlxalq təşkilatların diqqətindədir. Çalışırıq ki, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla şəhərlərin inklüzivliyi yüksək olsun. İctimai yerlərdə yaşıl mühitin yaradılması da vacibdir. Azərbaycan hökuməti işğaldan azad olmuş 8 şəhərin baş planını hazırlayıb. İnklüzivlik vacib meyar kimi götürülüb. Qeyd edim ki, şəhərsalmada qadınların rolunda Azərbaycan mill səviyyədə işlər görür. Biz beynəlxalq ekspertlər təcrübəsini ölkə səviyyəsinə gətiririk. 2022-ci ildən etibarən Milli Şəhərsalma Forumu keçiririk. Okytabrda Milli Şəhərsalma Forumunu keçirəcəyik. Çalışacağıq ki, onların şəhərsalma prosesində rolunu artıraq. Qadağada yenidənqurma işləri gedir. İctimai dinləmə təşkil edirik. Həmçinin onu da əlavə edim ki, növbəti ilin 17-26 mayında Dünya Şəhərsalma Forumuna ölkəmizdə Bakıda keçiriləcək. Qadınlar nəinki güclü ailə və icmaları, onlar həmçinin şəhərlərimizi dayanıqlı və sağlam etməlidir".

Seçilən
8
teleqraf.com

1Mənbələr