Laçın.Trend:
Azərbaycan hökuməti işğaldan azad olmuş 8 şəhərin baş planınıhazırlayıb.
Trend-inLaçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bununla bağlı DövlətŞəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müaviniGülşən Rzayeva Laçında ECO Qadınlar Forumu çərçivəsində keçirilən"Şəhərsalmanın İnkişafında Qadınların rolu" adlı panel sessiyadadeyib.
Onun sözlərinə görə, 2040-ci ilə qədər dünya əhalisinin 70 faizişəhərlərdə yaşayacaq. Buna görə də yeni çağırışlara cavabverilməlidir:
"Qadınların inkişafı sözügedən sahədə yüksəkdir. Həmçinin qeydetmək lazımdır ki, şəhərdə xidmətlərə çıxış baxımından kişilər vəqadınlar arasında fərq olur. Qadınların xidmətlərə çıxışı bizim vəbeynəlxalq təşkilatların diqqətindədir".
G.Rzayeva bildirib ki, işğaldan azad olunmuş ərazilər də daxilolmaqla şəhərlərin inklüzivliyinin yüksək olmasına səygöstərilir:
"İctimai yerlərdə yaşıl mühitin yaradılması da vacibdir. Azərbaycanhökuməti işğaldan azad olmuş 8 şəhərin baş planını hazırlayıb.İnklüzivlik vacib meyar kimi götürülüb".
O həmçinin qeyd edib ki, şəhərsalmada qadınların rolunda Azərbaycanmilli səviyyədə işlər görür:
"Biz beynəlxalq ekspertlər təcrübəsini ölkə səviyyəsinə gətiririk.2022-ci ildən etibarən Milli Şəhərsalma Forumu keçiririk. OkytabrdaMilli Şəhərsalma Forumunu keçirəcəyik. Çalışacağıq ki, onlarınşəhərsalma prosesində rolunu artıraq. Qadağada yenidənqurma işlərigedir. İctimai dinləmə təşkil edirik. Həmçinin onu da əlavə edimki, növbəti ilin 17-26 mayında Dünya Şəhərsalma Forumuna ölkəmizdəBakıda keçiriləcək. Qadınlar nəinki güclü ailə və icmaları, onlarhəmçinin şəhərlərimizi dayanıqlı və sağlam etməlidir".