AZ

Nazir böyük islahata hazırlaşır: mərkəzlərin əsasnaməsi dəyişir, bir çox şöbə və sektorlar ləğv olunacaq

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov vəzifəsindən azad edilib.

Mia.az “PostMedia”ya istinadla xəbər verir ki, bu barədə nazir Məcnun Məmmədov əmr imzalayıb.

Mia.az-ın ldə etdiyi məlumata görə, nazir təkcə nazirlikdəki kadrlarla deyil, nazirliyin tabeliyindəki mərkəzlərdə də böyük dəyişikliyə hazırlaşır: "Çox yaxın müddətdə mərkəzlərin Əsasnamələri dəyişəcək. Yenidən formalaşdırılacaq qurumlarda bir çox şöbə və sektorlar ixtisara salınacaq və ya birləşdiriləcək. Təbii ki, bu da xeyli vəzifəli şəxsin işsiz qalması və ya aşağı vəzifəyə keçirilməsi demək olacaq".

F.ƏHMƏD

MİA.AZ 

Seçilən
17
3
mia.az

3Mənbələr