AZ

Kənd təsərrüfatı məsələlərini mütləq nəzərdən keçirməliyik - Nəsar Hayat

Laçın.Trend:

Biz dayanıqlı şəhərlər haqqında danışırıqsa, mütləq olaraq bizkənd təsərrüfatı məsələlərini nəzərdən keçirməliyik.

Trend-inLaçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bununla bağlı BMT-ninərzaq və kənd təsərrüfatı təşkilatının Azərbaycandakı nümayəndəsiNəsar Hayat Laçında ECO Qadınlar Forumu Çərçivəaində keçirilən“şəhərsalmanın inkişafında qadınların rolu” adlı panel sessiyadadeyib.

Onun sözlərinə görə, qlobal əhalinin 56%-i şəhər zonalarındayaşayır. Lakin onların çox böyük bir hissəsi istehlakçıdır. Vəkarbon izinin azaldılmasında məhz həmin istehlakçılar dayanır:

"Burada şəhərsalma vacibdir. FAO hesab edir ki, şəhərsalmadanəinki qadınlar iştirak etməlidir, o cümlədən burada digər maraqlıtərəflər də olmalıdır. Təbii ki, bu məsələ olaraq FAO “Yaşılşəhərlər” təşəbbüsünü 2020-ci ildə irəli sürmüşdür. Hal-hazırdadünyanın 100-ə yaxın şəhərində həmin təşəbbüs həyata keçirilir və2030-cu ilə qədər istərdik ki, dünyanın min şəhərində bu təşəbbüsreallaşsın. Kənd təsərrüfatının inkişafı şəhərdən ayrı götürüləbilməz. Bu kontekstdə Azərbaycan da istisna deyil. Çünki qadınlarınrəhbərlik keyfiyyətləri ərzaq sistemində çox mühüm rol oynayır vəbu rol bundan sonra da davam edəcək. Dayanıqlı şəhərsalma yalnız ohalda mümkündür ki, biz kənd və şəhər zonaları arasındabərabərsizliyin azaldılması ilə məşğul olaq".

N.Hayat kənd yerlərində fermerlərin ərzaq bazarlarına çıxışınıntəmin edilməsinin bütövlükdə iqtisadiyyatın inkişafı demək olduğunusöyləyib:

"Həmçinin biz görürük ki, qadınlar şəhərlərin iqlimdəyişikliyinə uyğunlaşmasında kömək edirlər. Bu baxımdan ənənəvibiliklərdən istifadə edərək, kənd təsərrüfatında qadınlar daha çoxdayanıqlı alternativlərə üstünlük verirlər. Hal-hazırda FAO böyükdavamlı şəkildə bir proqram hazırlayıb ki, kənd təsərrüfatıdayanıqlı olsun və ərzaq yerli səviyyədə geniş şəkildə istehsaledilsin. Qidanın, qidalanma dəyəri artsın. Ailələr üçün xüsusən dəməhz bostan səviyyəsində tərəvəzçilik səviyyəsiartırılmalıdır".

Məqalədə:
Seçilən
27
az.trend.az

1Mənbələr