AZ

Rusiya təzyiqinə qarşı yeni dönəm: Mərkəzi Asiya Azərbaycandan ilham alır 

"Azərbaycanın Rusiya ilə bugünkü davranışı Mərkəzi Asiya ölkələrini də Kremllə münasibətlərdə cəsarətli olmağa həvəsləndirməlidir".

Bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Rusiyada Mərkəzi Asiya ölkələrinin vətəndaşları, ən ağır işlərdə çalışan miqrantlar da aşağılanır, restoranlarına və satış mərkəzlərinə polis hücumları təşkil edilir, işgəncələr verilir.

"Mərkəzi Asiya ölkələrinin bir qismi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olduqlarından Rusiyaya bir söz deyə bilmirlər. Rusiya Prezidenti böyük imperiyanın bərpası vacibliyindən danışırsa, "rus hərbçisinin ayağının dəydiyi hər yer Rusiyadır" deyirsə, bərabərhüquqlu tərəfdaşlıq üçün yer qalmır. Bıçaq sümüyə dirənəndə Mərkəzi Asiya ölkələri də miqrant vətəndaşlarının döyülməsinə, işgəncə görməsinə göz yummayacaqlar. Kreml qonşu ölkələri "siz miqrantların pul köçürmələrindən asılısınız" tezisi ilə şantaj edir. Yəni "miqrantları ölkənizə göndərsəm, iqtisadi vəziyyətiniz ağırlaşacaq". Halbuki, miqrantların sıxışdırılması ilk əvvəl Rusiya iqtisadiyyatına mənfi təsir edəcək. Rusiyanın işçi qüvvəsinə ehtiyacı var, Ukrayna ilə müharibədə ölənlərin sayının artması boş iş yerlərinin sayını daha da artırıb".//milli.az


Seçilən
10
2
referans.az

3Mənbələr