AZ

Rusiyanın təzyiqlərinə sinə gəlmək üçün Azərbaycanın müqavimət imkanları və potensialı var

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

2020-ci ildə Azərbaycan 44 günlük müharibədə qələbə çaldıqdan sonra hər zaman olduğu kimi Rusiya proseslərdən geri qalmamaq üçün “üç tərəfli bəyannamə”yə imza atdı. 2022-ci ilin fevralın 22-də isə yenə Rusiya bölgədən qopmamaq üçün Azərbaycanla müttəfiqlik haqqında sənədə imza atdı. Həmin tarixdən Rusiya Azərbaycanın strateji tərəfdaşı olacaqdı. Amma Rusiya tarix boyu davam edən Azərbaycanla bağlı siyasətindən əl çəkmədi. Öncə ötən ilin sonunda təyyarəmiz vuruldu, sonra iki ölkə arasında müxtəlif gərginliklər yaşandı və ən son bir neçə gün əvvəl Rusiyada Yekaterinburqda olan soydaşlarımız Omonçular tərəfindən vəhşicəsinə döyülərək qətlə yetirildi.

Qısası, 3 ildən artıqdır Ukrayna ilə savaş davam edən, Qərb kimi təhlükəli düşməni olan, Ermənistanın addım-addım uzaqlaşdığı, sanksiyalarla çökdürülən Rusiya Azərbaycanla da münasibətlərini gərginliyin pik həddinə gətirməyi bacardı...

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər problematik bir məsələdir.

Oqtay Qasımov

“Rusiya əslində Azərbaycana qarşı öz destruktiv mövqeyini yarım ildən bəri açıq şəkildə nümayiş etdirir. Rusiya faktiki olaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və suverenliyini təmin etməsini qəbul edə bilmir və hesab edir ki, Azərbaycan Rusiyanın təsir dairəsində olmalı və onun istədiyi ilə oturub-durmalıdır. Amma Azərbaycan müstəqil siyasət aparır və Rusiyanın da bu təzyiqlərinə sinə gəlmək üçün müqavimət imkanları, potensialı var. Bu baxımdan Azərbaycan da Rusiyanın son dövrlər aqressivliyinin mahiyyətini başa düşür və adekvat addımlar da atır”- deyə Oqtay Qasımov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
50
bizimyol.info

10Mənbələr