AZ

Bu ölkələr turistlərdən vergi almağa başladı

ain.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Yunanıstan, Santorini və Mikonos kimi məşhur turizm adalarına kruiz gəmiləri ilə gələn turistlərdən sərnişin başına 20 avro vergi almağa başlayıb. Yeni tətbiq, artan turist axınının qarşısını almaq və turizm təzyiqini azaltmaq məqsədi daşıyır.

Sfera.az xəbər verir ki, Yunanıstan Maliyyə Nazirliyinin verdiyi məlumata görə, bu vergi 1 iyun–30 sentyabr tarixlərini əhatə edən yüksək turizm mövsümündə qüvvədə olacaq və ölkəyə illik 50 milyon avro gəlir gətirəcəyi gözlənilir. Daha kiçik adalara gələn turistlər üçün bu məbləğ 5 avro olacaq.

Qeyd edək ki, oxşar tədbirlər artıq Avropanın digər ölkələrində də tətbiq edilir. Venesiyada günübirlik turistlər üçün giriş haqqı, İspaniyada isə qısa müddətli kirayələrə qarşı məhdudiyyətlər qüvvəyə minib. İbiza adasında isə turist nəqliyyat vasitələrinin sayı azaldılıb.

Bəsti Rəfizadə

Sfera.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
sfera.az

2Mənbələr