Tekirdağın Muratlı rayonunun Hanoğlu kəndində çəyirtkə istilası səbəbilə günəbaxan sahələri zərər görür. Çəyirtkələr otlaq sahələrindən tarlalara keçib.
Sherg.az xəbər verir ki, kəndçilər vəziyyəti dərhal Kənd Təsərrüfatı və Meşə İdarəsinə bildirdilər. Nazirliklə əlaqə yaradılaraq bölgəyə xüsusi dərmanlar göndərildi. Dronlarla dərmanlama işləri başladılıb.
Kənd Təsərrüfatı və Meşə İdarəsinin rəhbəri Mehmet Aksoy bildirib ki, bölgədə çəyirtkə populyasiyası sürətlə artıb. Ümumilikdə 5 min dekar ərazidə çəyirtkə yayılması müəyyən olunub. Bunun 4 mini otlaq, mini isə günəbaxan və anız sahələridir. Məqsəd, dərmanlama ilə vəziyyəti nəzarət altına almaqdır.