UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq "Qarabağ" klubu hazırlıqlarını Avstriyada davam etdirəcək.
Moderator.az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda burada dörd yoxlama matçına çıxacaq.
İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkovun "Metallist" klubu olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.
İyulun 11-də "Qarabağ" "Tvente" ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla saat 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.
İyulun 15-də toplanışın son matçında rəqib "Zalsburq" (Avstriya) olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Qarşılaşmaların dördü də Kaprun stadionunda keçiriləcək.
Hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.