AZ

Təhlükəsizlik eksperti: Rusiya həmvətənlərimiz vasitəsilə Azərbaycana təzyiq etmək istəyir

Rusiyada azərbaycanlılara qarşı təzyiqlər davam edir.

Bunu "Report"a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

O bildirib ki, miqrantların sənədlərinin düzgün olmaması bəhanədir:

"Yəni söhbət miqrant məsələsi deyil, Azərbaycan dövlətinə təzyiq məsələsidir. Yekaterinburqda uzun illərdir yaşayan diaspor rəhbərinin o cür qəddarlıqla həbs edilməsi, maşınına zərər yetirilməsi də onu deməyə əsas verir ki, söhbət sənəddən getmir. Həmçinin Voronejdə “Alekseyevski” bazarının həmsahibi Yusif Xəlilovun evində o cür həbs edilməsi bunun sübutudur. İnsanlar neçə illərdir ki, orada yaşayır, iş qurmaqla bağlı icazələr alırlar. Rusiya hakimiyyət orqanları isə çalışırlar ki, bu cür imkanlı şəxslərə zərbə vursunlar".

İ.İsmayıl qeyd edib ki, faktiki olaraq azərbaycanlılara qarşı terror törədilib: “Bu, əslində gözlənilən idi. Çünki Azərbaycanın Yekaterinburqda Səfərov qardaşlarının vəhşicəsinə öldürülməsinə cavabı sərt oldu. Azərbaycan bu məsələdə geri çəkilməməlidir və öz maraqlarını, qırmızı xəttini qorumalıdır. Rusiya onun dediklərinə etiraz edilməməsinə adət edib”.

Seçilən
12
2
report.az

3Mənbələr