AZ

“Malayziyaya səfər edən azərbaycanlıların sayı artıb” Səfir

ain.az, 525.az saytına istinadən bildirir.

"Biz getdikcə daha çox azərbaycanlının istirahət məqsədilə Malayziyaya səyahət etdiyini görməkdən böyük qürur duyuruq. Malayziya zəngin və rəngarəng səyahət təcrübəsi təklif edir”.

525.az xəbər verir ki, bunu “İqtisadi və turizm əməkdaşlığı vasitəsilə  Malayziya-Azərbaycan  əlaqələrinin gücləndirilməsi” mövzusunda ticarət, biznes və turizm seminarı və "2026: Malayziyaya səyahət ili" kampaniyasının rəsmi açılışı mərasimində Malayziyanın Azərbaycandakı səfiri Əhməd Kamrizamil Bin Mohd Rza deyib.

O bildirib ki, 2024-cü ildə Malayziya Azərbaycandan 2,382 turist qəbul edib, bu da pandemiyadan əvvəlki dövrlə müqayisədə (2019-cu ildə 1,323 nəfər) 80%-lik, 2023-cü illə (1,475 nəfər) müqayisədə isə 61.5%-lik artım deməkdir.

2026-cı il "Malayziyaya Səyahət İli" kampaniyasının Azərbaycanda təşviqindən danışan diplomat bildirib ki, müasir və mərhələli tanıtım kampaniyaları, strateji turizm seminarları və biznesdən-biznesə (B2B) formatında görüşlər vasitəsilə bu, həyata keçiriləcək:

"Bununla yanaşı, bu ilin sonuna doğru "Malayziya Qastronomiya Yarmarkası" keçirməyi planlaşdırırıq. Bu tədbirdə Malayziya mətbəxinin zənginliyi və mədəni irsi nümayiş etdiriləcək, eyni zamanda, Malayziya incəsənətinin gözəlliyini əks etdirən ənənəvi çıxışlar təqdim olunacaq.

Hal-hazırda planlaşdırma mərhələsində olan digər təşəbbüs isə Azərbaycanın çıxış (outbound) turizm sektorunun iştirakçıları, aviaşirkətlər və media nümayəndələri ilə əməkdaşlıq qurmaqdır. Məqsəd "Tourism Malaysia" ilə birgə taktiki kampaniya vasitəsilə Malayziyaya səyahət paketlərini hazırlamaq və təşviq etməkdir.

Bu uğurlu taktiki kampaniya, "Tourism Malaysia" ilə ağıllı şəkildə qurulmuş birgə maliyyələşdirmə (cost-sharing) tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək. Kampaniya rəqəmsal və onlayn platformalarda, eyni zamanda, ənənəvi reklam kanalları vasitəsilə aparılacaq.

Bu təşəbbüs çərçivəsində, biz eyni zamanda, tanınmış Azərbaycanlı influenser və kontent yaradıcıları ilə əməkdaşlıq imkanlarını da araşdırırıq. Onların Malayziyaya dəvət olunaraq ölkənin unikallığını öz auditoriyalarına tanıtması nəzərdə tutulur.

Biz bütün səmimiyyətimizlə inanırıq ki, səyahət sənayesinin, medianın və bütün maraqlı tərəflərin dəstəyi uzunmüddətli tələbin yaradılması və həm Malayziya, həm də Azərbaycanın aparıcı turizm istiqamətləri kimi tanıdılması üçün vacibdir".

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
525.az

1Mənbələr