Dogru.az saytına istinadən ain.az xəbər verir.
Doğru.az xəbər verir ki, bu gün Azərbaycan polisi yaranmasının 107-ci ildönümünü və peşə bayramını qeyd edir.
1918-1920-ci illərdə müstəqil Azərbaycan dövlətinin müdafiəsində mühüm rol oynayan polis, sonrakı 70 ildə Sovet İttifaqı dövründə qanunçuluğun və ictimai asayişin qorunmasında zəngin təcrübə əldə edib. Daxili İşlər orqanlarının möhkəm nizam-intizam və yüksək peşəkarlıqla formalaşmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olub. Onun rəhbərliyi altında polisin milli ruhda formalaşması və təşkilati güclənməsi təmin olunub.
1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı polisin nizami qüvvələri işğalçılara qarşı ilk müqavimət göstərənlərdən olub. Vətən müharibəsində Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və texnikasını məhv etməklə böyük qəhrəmanlıq göstərib.
Müasir dövrdə Azərbaycan polisi beynəlxalq standartlara uyğun infrastruktur və maddi-texniki baza ilə təmin olunub, elektron xidmətlər və “E-Polis” mobil tətbiqi ilə vətəndaşlara daha çevik xidmət göstərir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində polisin peşəkarlıq səviyyəsi yüksəlib, hüquq-mühafizə orqanları cinayətkarlığa, o cümlədən transmilli və informasiya texnologiyalarından istifadə edilən cinayətlərə qarşı effektiv mübarizə aparır.
İşğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təminində Daxili İşlər orqanlarının rolu böyükdür. Böyük Qayıdış prosesinin sürətləndirilməsi və bölgələrin minalardan təmizlənməsi məqsədilə polis əməkdaşları böyük fədakarlıqla xidmət göstərir.
Azərbaycan polisi regionun ən peşəkar hüquq-mühafizə orqanlarından biridir və sabit, təhlükəsiz ölkə imicimizin qorunmasında önəmli rol oynayır.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.