AZ

Azərbaycan Sağlam Şəhərlər Təşəbbüsünə qoşula bilər

LAÇIN, 2 iyul. TELEQRAF

"Azərbaycanın Sağlam Şəhərlər Təşəbbüsünə qoşulmasını istəyirik".

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı İƏT həftəsi çərçivəsində Qadınlar Forumunun "Şəhərsalmanın İnkişafında Qadınların Rolu" adlı panel sessiyasında deyib

O, bildirb ki, şəhərlər vətəndaşların sağlamlığını forumakaşdırır:

"Səhiyyə təkcə xəstəxana demək deyil. Bura yaşıllıqlar, təmiz hava və s. aiddir. Qadınlar kişilərdən fərqli olaraq şəhərləri fərqli görürlər. Onlar təhlükəli küçələrdən əziyyət çəkirlər. Dünyanın bəzi ölkələrində qadınlar açıq havada ocaqda yemək hazırlayırlar. Təbii ki, bu, tibbi baxımdan da təhlükəlidir. Qadınlar ictimai yerləri özləri formalaşdırırlar. Barselonada qadınlar Super Blok adlı layihə həyata keçirir. İctimai nəqliyyat olan küçələri yaşıllıqlara çevrilirlər. Bu da daha sağlam həyat deməkdir. Bundan başqa, Malmönün meri qadındır. O deyir ki, 2024-dək şəhər karbondan azad olunacaq".

H.Harmancı bildirib ki, qadınlar iqlim dəyişikliklərinə daha çox əziyyət çəkir:

"Qadınların rəhbərliyinə sərmayə yatırılmalıdır. Şəhər rəhbərliklərində təmsil olunmalıdır. Həmçinin qadınların səsi dinlənilməli və hörmətlə yanaşılmalıdır. Ümid edirəm ki, Azərbaycan Sağlam Şəhərlər Təşəbbüsünə qoşulacaq. Xüsusən Qarabağda bu barədə təcrübəmizi böyüməyə hazırıq. Elə şəhər qurmalıyıq ki, onlar təhlükəsiz olsun".

Tədbirin moderatoru, Xarici İşlər Nazirliyin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov isə cavab olaraq qeyd etdi ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı ilə sözügedən istiqamətdə danışıqlar aparılır.

Seçilən
19
teleqraf.com

1Mənbələr