
"Politico" nəşrinin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya bəzi hava hücumundan müdafiə (HHM) sistemləri üçün zenit raketləri və digər yüksək dəqiqlikli sursatların tədarükünü dayandırıb. Səbəb – ABŞ ordusunun ehtiyatlarının kritik həddə qədər azalmasıdır.Mənbələr bildirir ki, bu qərarı iyun ayının əvvəlində Pentaqonun siyasi məsələlər üzrə rəhbəri Elbric Kolbi qəbul edib, lakin tədbir yalnız indi qüvvəyə minib. Kolbiyə ehtiyatlardakı artilleriya mərmilərinin, zenit raketlərinin və digər döyüş sursatlarının tükəndiyi barədə hesabat təqdim olunub.Bu qərar, Ukraynaya davamlı hərbi dəstəyin ABŞ-ın öz müdafiə imkanları üçün risk yaratmağa başladığını göstərir.Ulusum.az
Diqqət Çəkənlər
Ərdoğandan onminlərlə xəstəyə ümid! – 5 yeni “ağıllı” xərçəng dərmanı SGK-ya daxil edildi
Prezident İlham Əliyev bir sıra qanunlara dəyişikliyi təsdiqlədi
2 İyul – Azərbaycan Polisi 107 yaşında