AZ

Xaçmazda Azərbaycan Polisi Günü təntənəli şəkildə qeyd olunub (FOTO)

Bakı.Trend:

Xaçmaz rayonunda Azərbaycan polisinin yaranmasının 107-ciildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçılarıəvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünəgül-çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsiniehtiramla yad ediblər.

Trend xəbərverir ki, Xaçmaz rayon Polis Şöbəsində keçirilən tədbirdə əvvəlcəAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. ÜmummilliLider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib.

Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnikVilayət Eyvazovun polis əməkdaşlarına təbrik məktubu oxunub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev polisəməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin vəşərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Bildirib ki,tarixin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinin keşiyindəayıq-sayıq dayanan polis orqanlarına Ulu Öndər Heydər Əliyev həmişəböyük qayğı ilə yanaşıb və bu xətt Prezident İlham Əliyevtərəfindən bu gün də uğurla davam etdirilir. Azərbaycan polisininpeşəkarlığının artırılması, maddi-texniki bazasının beynəlxalqstandartlar səviyyəsində qurulması dövlət qayğısının bariznümunəsidir.

Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki SamirMəcidov bildirib ki, polis əməkdaşları Azərbaycan qanunlarına,xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına vəPrezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin,vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra daşərəflə çalışacaqlar.

Digər çıxış edənlərdə polis işçilərini peşə bayramlarımünasibətilə təbrik edib, ölkəmizdə sabitliyin qorunmasında polisinxidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinəgöstərdiyi diqqət və qayğıdan söz açıblar.

Sonda 2 İyul Polis işçilərinin peşə bayramı günü münasibəti iləvə rayon ərazisində cinayətkarlığa qarşı mübarizənin aparılmasında,ictimai asayişin qorunmasında fəal iştirakına görə bir qrup polisəməkdaşı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovunəmri ilə mükafatlandırılıb, həmçinin xidmətdə fərqlənən polisəməkdaşlarına Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı vəpolis veteranlarına xatirə hədiyyələri təqdim olunub.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Məqalədə:
Seçilən
6
1
az.trend.az

2Mənbələr