AZ

Azərbaycanlı futbolçu “Abdış-Ata”da - FOTO

Azərbaycanlı futbolçu Mirabdulla Abbasov karyerasını Qırğızıstanda davam etdirəcək.

İdman.biz xəbər verir ki, 30 yaşlı hücumçu “Abdış-Ata” ilə danışıqları müsbət yekunlaşdırıb.

Son mövsümü “Səbail”də keçirən futbolçu növbəti mövsümü Kant şəhəri təmsilçisinin heyətində keçirəcək. O, yeni klubunda 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Abbasov “Neftçi” və “Sumqayıt”da da çıxış edib.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr