AZ

Qazaxıstan Azərbaycanla tərəfdaş münasibətlərinin inkişafına xüsusi önəm verir - Asan Jakişev

Şuşa. Trend:

Qazaxıstan Azərbaycanla tərəfdaşlıq münasibətlərinin inkişafınaxüsusi önəm verir.

Trend-in Şuşaşəhərinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunuQazaxıstanın Xarici Ticarət Palatası aparatının rəhbəri AsanJakişev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) "İnvestisiyalar vəticarətin təşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatorukimi" mövzusunda keçirilən 6-cı Biznes Forumu çərçivəsindədeyib.

"Sevindirici haldır ki, bu əlaqələr yalnız ikitərəfli iqtisadigündəliyi gücləndirmir, həm də İƏT çərçivəsində balanslaşdırılmışvə dayanıqlı əməkdaşlıq arxitekturasının formalaşmasına əhəmiyyətlitöhfə verir", – deyə o bildirib.

Jakişev vurğulayıb ki, Qazaxıstan regionun əsas tranzitqovşaqlarından biri olaraq qalır. Ölkə şimal-cənub və şərq-qərbistiqamətləri üzrə infrastrukturu fəal şəkildə inkişaf etdirir,dəniz limanlarını genişləndirir, həmçinin dəmir yolu şəbəkələrinimodernləşdirir, bu da tranzit həcmlərinin artırılması və tədarükzəncirlərinin optimallaşdırılması üçün şərait yaradır. Onunsözlərinə görə, xüsusi diqqət Orta Dəhlizin inkişafınayönəldilir.

"Cənubi Asiya ilə nəqliyyat əlaqəliliyinin təmin edilməsinəböyük önəm verilir. Əfqanıstan regional sabitliyin mühüm halqasıkimi Qazaxıstan tərəfindən infrastruktur, ticarət və humanitartəşəbbüslər çərçivəsində perspektivli tərəfdaş kimidəyərləndirilir. Biz Əfqanıstan müəssisə və institutlarınınregional tədarük zənciri sisteminə inteqrasiyasına ardıcıl şəkildədəstək veririk", – deyə o qeyd edib.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr