AZ

“Hraparak”: “Azərbaycan öz vətəndaşlarını qala kimi qoruyur”

Ermənistan mediası Rusiya ilə Azərbaycan arasında yaşanan son gərginliyi diqqətlə izləyir.

Tribunainfo.az xəbər verir ki, sistemli xəbərlər yayan erməni mətbuatı, həmçinin bəzi qənaətə də gəlib.

İrəvanda nəşr edilən “Hraparak” qəzeti son məqaləsində vurğulayır ki, baş verən hadisələr Azərbaycanın öz vətəndaşlarını necə qorumasından xəbər verir. “Azərbaycan vətəndaşlığından, statusundan, törətdiyi əməllərin ağırlığından, varlı və ya kasıb olmasından asılı olmayaraq, bütün soydaşlarını qorumağa hazır olduğuna dair mühüm siqnal verir. Yəni hər bir azərbaycanlının arxasında Ermənistandan fərqli olaraq öz vətəndaşlarını təqib etməyən, tərk etməyən, nəyin bahasına olursa-olsun, hər yerdə qoruyan bir dövlət dayanır”.

Fərda Uğur

Seçilən
13
1
tribunainfo.az

2Mənbələr