AZ

Yevlaxda 2 İyul-Azərbaycan Polisi gününə həsr edilmiş tədbir keçirilib



Yevlaxda 2 İyul-Azərbaycan Polisi gününə həsr edilmiş tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, Yevlax rayon Polis Şöbəsinin inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov, Yevlax rayon Prokuroru Ceyhun Almasov, DTX-nin Yevlax şəhər şöbəsinin rəisi İlqar Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəis əvəzi Samir Rəhimli, Yevlax rayon Məhkəməsinin sədri Ruslan Əliyev, Yevlax rayon Polis Şöbəsinin şəxsi heyəti və polis veteranları iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax Şəhərinin mərkəzindəki abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüş, Dahi Öndərin əziz xatirəsinə öz ehtiramlarını bildirmişlər.

Yevlax Rayon Polis Şöbəsində davam edən tədbirdə Dövlət Himni səslənmiş, Ümummilli Lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxunmuşdur.

Sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli vəzifələrində uğurlar arzulayıb. Bildirib ki, bu əlamətdar günün qeyd olunmasının əsası Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla qoyulmuşdur.
Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Bu gün daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərlərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldurlar.
Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov çıxış edərək bildirmişdir ki, yarandığı gündən daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyini, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu və sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət aparıblar.

Daha sonra çıxış edənlər rayon hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycan Polisinin 107 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edərək şəxsi heyətə gələcək fəaliyyətlərində də uğurlar arzulayıblar.

Sonda 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə və rayon ərazisində cinayətkarlığa qarşı mübarizənin aparılmasında, ictimai asayişin qorunmasında fərqləndiklərinə görə bir qrup polis işçisinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.

Süleyman
Seçilən
10
newscenter.az

1Mənbələr