İran Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığın dayandırılması haqqında ölkə parlamentinin qəbul etdiyi qanunun icrası haqqında fərman verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Prezident rəsmi məktubla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığın dayandırılması haqqında parlament qanununun icrası ilə bağlı MAQATE-yə, Xarici İşlər Nazirliyinə və Ali Milli Təhlükəsizlik Şurasına məlumat verib.
Bundan əvvəl, iyunun 25-də İran Məclisi Tehranın MAQATE ilə əməkdaşlığını dayandıran qanun layihəsini təsdiqləyib.
Parlament qanun layihəsi dərhal Konstitusiya Şurası tərəfindən ratifikasiya edilib.