İsrail -İran müharibəsinin 12-ci günü davam edərkən ABŞ rəsmilərinin səsləndirdiyi bir iddia dünyanı narahat edib.
Turkustan.az xəbər verir ki, Reuters xəbər agentliyinə danışan iki ABŞ rəsmisi İran ordusunun iyun ayında Fars körfəzində gəmilərə dəniz minaları yüklədiyini iddia edib. Bu addımın İsrailin İrana hücumundan sonra Tehranın Hörmüz boğazını bağlamaq üçün hazırlıqlarını artırması ilə bağlı ABŞ-da narahatlığı daha da artırdığı bildirilir.
Daha əvvəl mətbuata xəbər verilməyən hazırlıqların ABŞ kəşfiyyatı tərəfindən təsbit edildiyi və İsrailin 13 iyunda İrana ilk hücumlarından bir müddət sonra edildiyi bildirilib.Xəbərə görə, Körfəzdə istifadə olunmayan minaların gəmilərə yüklənməsi İranın Hörmüz boğazını bağlamaq məsələsində ciddi olduğunu göstərir. Dünya neftinin təxminən beşdə biri Hörmüz boğazından keçdiyi üçün, mümkün blokada vəziyyətində enerji qiymətlərinin artacağı düşünülürdü.
Reuters xəbər verir ki, Tehranın müharibə zamanı minaları nə vaxt yerləşdirdiyini dəqiq müəyyən edə bilməyib. Həmçinin minaların gəmilərdən boşaldılıb-boşaldılmaması da bəlli deyildi. Mənbələr ABŞ-ın minaların İran gəmilərinə yerləşdirildiyini necə müəyyən etdiyi barədə məlumat verməyib. Bu cür kəşfiyyat məlumatları çox vaxt peyk görüntüləri, gizli insan mənbələri və ya ikisinin kombinasiyası vasitəsilə əldə edilir.
Aytən Yaşar/ Turkustan.az